• DÜNYA

    01:27 20 mart 2019

Tramp Facebook, Twitter və Google şirkətini "radikal solçu demokratlar"ı dəstəkləməkdə günahlandırıb

ABŞ prezidenti Donald Tramp “Google” şirkətini, “Facebook” və “Twitter” sosial şəbəkələrini "radikal solçu demokratlar"ın tərəfini saxlamaqda ittiham edib.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə o, “Twitter” səhifəsində yazıb.

“Facebook, Google və Twitter radikal solçu demokratların tərəfindədir. Korrupsiyaya bulaşmış KİV barəsində isə danışmıram”, - deyə Tramp yazıb.

Ötən ilin dekabrında isə D.Tramp “Facebook”, “Google” və “Twitter” rəhbərliklərini Demokratlar partiyasından olan rəqiblərini dəstəkləməkdə günahlandırmışdı.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR