ABŞ prezidenti Donald Tramp “Google”u 2016-cı ildə prezident seçkisində rəqibi Hillari Klintonun lehinə milyonlarla səs artıraraq manipulyasiya etməkdə günahlandırıb.
APA "RİA Novosti"yə istinadla xəbər verir ki, ABŞ prezidenti bu hərəkətə görə “Google”un məhkəməyə verilməsini istəyib.
"Hesabat yenicə çıxdı! “Google” 2016-cı il seçkilərində Hillari Klintona verilən səsləri 2,6 milyondan 16 milyona qədər artırıb! Bu hesabat, Tramp yox, məhz Klintonun tərəfdarı tərəfindən dərc edilib! “Google” məhkəməyə verilməlidir. Mənim qələbəm düşünüldüyündən daha çox olub!", - deyə Tramp Twitter hesabında əlavə edib.