ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnnlə “çox yaxşı dialoq” apardığını bildirib.
ONA-nın məlumatına görə, bu barədə Tramp öz Tvitter səhifəsində yazıb. “Xanoyda Kim Çen İnn ilə əla görüş və şam yeməyi” – deyə, o yazıb.
Ağ Ev isə hər iki dövlət başçısının fevralın 28-də keçiriləcək görüşdən sonra razılaşma imzalayacaqları barədə açıqlama yayıb.