ABŞ Prezidenti Donald Tramp İranda rejim əleyhinə etiraz edən aksiya iştirakçılarına fars dilində dəstək verib.
APA xəbər verir ki, o bu barədə özünün “Twitter”dəki mikrobloqunda paylaşım edib.
“Uzun müddətdir əziyyət çəkən, amma cəsur iranlılar: Prezidentliyimin əvvəlindən bəri sizinləyəm və rəhbərliyim sizinlə birlikdə olmağa davam edəcək. Biz sizin etirazınızı çox diqqətlə izləyirik və cəsarətinizdən ilham alırıq”, - deyə Tramp İranın rəsmi dilində yazıb.
ABŞ prezidentinin fikrincə, İran hakimiyyəti “insan haqları qruplarına ölkədəki etirazları yerində izləməyə və məlumatlar çatdırmağa imkan verməlidir”: “Dinc nümayişçilərə qarşı nə başqa bir qırğın ola bilər, nə də internet kəsintisi. Dünya görür”.