Prezident Donald Tramp daxili təhlükəsizlik naziri Kristien Nilsenin istefasından sonra ABŞ-da immiqrasiya siyasətini daha da sərtləşdirmək istəyir.
ONA-nın verdiyi xəbərə görə, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, D.Tramp Ağ Evdəki məsləhətçilərindən immiqrasiya haqqında qanunvericiliyin sərtləşdirilməsində “daha aşkar” iştirak etmələrini istəyib.
Bildirilir ki, prezident ölkənin cənub sərhədi boyunca məskunlaşan ailələrin artmasının qarşısını almağa çalışır.
Qeyd edək ki, bir qədər əvvəl Tramp miqrasiya idarələrinin bağlanılması tələbini də irəli sürmüşdü.