ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyaların müddətini daha bir il uzadıb.
ONA-nın TASS-a istinadən yaydığı xəbərə görə, bu haqda Ağ evin dərc etdiyi press-relizdə bildirilib.
Tramp sanksiyaların müddətinin uzadılması haqda bildirişi Konqresə göndərib.
Bildirişdə deyilir: “İran hakimiyyətinin siyasəti və atdığı addımları, terrorçu qruplaşmaları dəstəkləməsi, İslam İnqilabı Keşikçiləri Korpusunun zərərli fəaliyyəti ABŞ-ın milli təhlükəsizliyinə, beynəlxalq siyasətinə və iqtisadiyətinə təhlükə yaratmaqda davam edir”.