• DÜNYA

    11:15 21 fevral 2019

Tramp İŞİD-ə qoşulmuş vətəndaşın geri qayıtmasına icazə verməyib

ABŞ prezidenti Donald Tramp İŞİD-ə qoşulmaq üçün ABŞ-dan Suriyaya gedən Hoda Musananın geri qayıtmasına icazə verməyib.

ONA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti özünün “Twitter” səhifəsində dövlət katibi Mayk Pompeoya qadını ölkəyə buraxmamaq tapşırığı verdiyini yazıb. Mayk Pompeo isə açıqlamasında 24 yaşlı qadının ABŞ vətəndaşı olmadığını bəyan edib. Ailəsi və vəkilləri isə bunun əksini iddia edirlər.

Qeyd edək ki, Alabama ştatında böyüyən Hoda Mutana 20 yaşında Türkiyədə universitet tədbirinə qatılmaq adı ilə Suriyaya gedib və İŞİD-ə qoşulub.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR