İsrail və Fələstin səlahiyyətliləri Misirin vasitəçiliyi ilə bu gün Qəzza zolağında atəşkəs barədə razılığa gəliblər.
ONA xəbər verir ki, bu barədə məlumatı "Reuters" Fələstin rəsmilərinə istinadən yayıb.
***
06:51
ABŞ prezidenti Donald Tramp rəsmi Tel-Əvivi Qəzza zolağından raket hücumlarına son qoymağa çağırıb və İsrail vətəndaşlarına dəstək olduğunu bəyan edib.
ONA TASS-a istinadla xəbər verir ki, bu barədə Ağ Ev başçısı bazar günü Tvitter səhifəsində yazıb.
"Yenidən İsrail həm Həmas, həm də “İslam Cihad” terror qruplaşmasının kütləvi raket hücumları ilə qarşı-qarşıyadır. Biz yüz faiz İsrail vətəndaşlarını qorumaq üçün dəstək veririk. Qəzza Zolağının sakinlərinə gəldikdə isə onu deyə bilərəm ki, İsrailə qarşı terror aktı sizə heç bir şey vəd etmir. Şiddəti dayandırın və sülhə nail olmaq üçün razılığa gəlin- bu mümkündür!" - deyə Tramp vurğulayıb.