ABŞ İsrailin Colan yüksəkliklərinə dair suverenliyini tanımalıdır.
ONA-nın TASS-a istinadən vediyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp “Twitter” hesabında bildirib.
“52 il keçib və ABŞ-ın Colan yüksəklikləri üzərində İsrailin tam suverenliyini tanımaq vaxtı çatıb. Həmin mövqelər İsrail dövlətinin təhlükəsizliyi və regional sabitlik baxımından çox vacibdir və strateji əhəmiyyətə malikdir”, - Tramp belə yazıb.