• DÜNYA

    14:26 27 iyun 2019

Tramp iyulda Türkiyəyə səfər edə bilər

ABŞ prezidenti Donald Tramp gələn ay Türkiyəyə səfər edə bilər.

ONA-nın xəbərinə görə, bunu Yaponiyada keçirilən G-20 Sammitinə qatılan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan Trampın Türkiyəyə sanksiya tətbiq etməsinin qarşısını almaq üçün hansı tədbirlərin görüləcəyi barədə sualı belə cavablandırıb: “Sammit çərçivəsində Trampla təkbətək görüşümüzün münasibətlərdə yaranan problemləri aradan qaldırmaq və müttəfiqliyimizi möhkəmləndirmək üçün önəmli olacağını düşünürəm. Tramp iyulda Türkiyəyə gələ bilər".

Ərdoğan "F-35" layihəsindən kənarlaşdırılma ehtimalına da münasibət bildirib: "Biz “F-35” layihəsi üçün artıq 1.25 milyard dollar ödəmişik. Əgər belə bir səhv addım atsalar, beynəlxalq məhkəməyə müraciət edər, həmin pulun qaytarılmasını istəyərik. Biz alıcı deyilik, eyni zamanda istehsal edən şərikik”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR