• DÜNYA

    04:42 8 sentyabr 2019

Tramp Kabil terrorundan sonra Əfqanıstan prezidenti və "Taliban" liderləri ilə görüşü ləğv edib

ABŞ prezidenti Donald Tramp 8 sentyabrda planlaşdırılmış “Taliban” liderləri və Əfqanıstan prezidenti Əşrəf Qani ilə görüşləri ləğv edib. O, həmçinin 12 nəfərin ölümü ilə nəticələnmiş Kabildəki terror aktından sonra respublikada sülh yolu ilə nizamlanmaya dair danışıqlarda iştirak etməyəcək.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, Amerika liderinin müvafiq mesajı şənbə günü “Twitter” vasitəsilə yayılıb.

“Praktiki olaraq hamıdan gizli bütün “Taliban” liderləri və ayrı-ayrılıqda Əfqanıstan prezidenti bazar günü Kemp-Devid iqamətgahında mənimlə görüşə toplaşmışdı. Onlar Birləşmiş Ştatlara bu gün axşam gəliblər. Təəssüf ki, yalançı qol açmaq üçün onlar böyük əsgərlərimizdən birinin və daha 11 nəfərin ölümü ilə nəticələnmiş Kabil hücumunu həyata keçirdiklərini qəbul ediblər. Mən dərhal görüşü ləğv etdim və sülh danışıqlarından imtina etdim” , - prezident belə yazıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR