ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşü səbirsizliklə gözlədiyini açıqlayıb.
ONA “TASS” agentliyinə istinadə xəbər verir ki, o bu barədə şəxsi “Twitter” səhifəsində paylaşım edib.
“Şimali Koreyanın Dövlət Şurasının sədri Kim Çen Inla bu həftəsonu görüş əla idi. Bizim görüşümüz gözəl keçdi, o çox yaxşı və sağlam görünürdü. Mən yaxın zamanda onunla növbəti görüşü səbirsizliklə gözləyirəm”, - deyə prezident yazıb.
O, həmçinin qeyd edib ki, ABŞ və KXDR arasında işçi səviyyədə danışıqlar canlanır.