• DÜNYA

    08:40 28 may 2019

Tramp kütləvi bıçaqlanma hadisəsi ilə bağlı Yaponiya xalqına başsağlığı verib

ABŞ Prezidenti Donald Tramp Yaponiyada rəsmi səfəri çərçivəsində Kavasakidə baş verən məlum bıçaqlanma hadisəsi ilə bağlı başsağlığı verib.

ONA Rusiya KİV-ə istinadla xəbər verir ki, yerli telekanalda canlı yayımlanan çıxışı zamanı Tramp bildirib ki, çox sayda insanın bıçaqlanmasına Amerika xalqı da kədərlənir: "Həlak olanların ailələrinə başsağlığı vermək istərdim. Amerika xalqı Yaponiya xalqı ilə birlikdə bu hadisəyə kədərlənir".

Xatırladaq ki, ötən gün Yaponiyada təxminən 50 yaşlı naməlum şəxs tərəfindən 19 məktəbli bıçaqlanıb. Cinayətkar özü də daxil olmaqla 3 nəfər dünyasını dəyişib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR