• DÜNYA

    05:26 19 iyun 2019

Tramp Mark Esperi Pentaqona rəhbər təyin edib

ABŞ prezidenti Donald Tramp Pentaqona yeni rəhbər təyin edib.

APA Rusiya KİV-ə istinadla xəbər verir ki, Tramp bu barədə Tvitter səhifəsində yazıb.


O bildirib ki, müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahanın ailəsinə daha çox vaxt sərf etmək istəyi bu vəzifədən getməsinə qərar verib.
Tramp Pentaqon rəhbərliyinə ABŞ-ın quru qoşunlarının komandanı Mark Esperi təyin edib.

ABŞ prezidenti yeni nazir vəzifəsini icra edəcək Mark haqqında qeyd edib ki, onu yaxşı tanıyır və işinin öhdəsindən əla gələcəyinə şübhə etmir.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR