• DÜNYA

    02:42 30 mart 2019

Tramp Meksikanı gələn həftə sərhədi bağlayacağı ilə hədələyib

ABŞ prezidenti Donald Tramp rəsmi Mexikonu bu ölkədən gələn qeyri-qanuni miqrant axınını dayandırmağa çağırıb. Əks halda gələn həftədən Meksika ilə sərhədi bağlayacağına dair vəd verib.

ONA-nın verdiyi xəbərə görə, president Tramp bunu şəxsi "Twitter" səhifəsində deyib.

“Əgər Meksika cənub sərhədimiz boyu bu ölkədən Birləşmiş Ştatlara istiqamətlənən bütün qanunsuz miqrant axınının qarşısını almasa, gələn həftə sərhədi və ya sərhədin mühüm hissələrini bağlayacam”, - deyə Tramp bildirib.

Onun sözlərinə görə, rəsmi Mexiko asanlıqda bu işin öhdəsindən gələ bilər, ancaq “onlar Amerikada pul qazanmağa çalışırlar”.

“Bundan başqa, biz onlara qarşı çox pul itiririk. Əsasən də narkotik ticarətini və s. nəzərə alsaq, sərhədi bağlamaq pis olmazdı”, - deyə prezident əlavə edib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR