ABŞ Prezidenti Donald Tramp koronavirusla mübarizədə Ağ Evin gücləndirilməsi işlərinə rəhbərlik edən vitse-prezident Mayk Penslə birgə müntəzəm olaraq COVID-19 testindən keçəcək.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, o bu barədə brifinq zamanı deyib.
“Düşünürəm ki, biz bunu edəcəyik, güman ki, kifayət qədər testdən keçəcəyik, bu, heç də ən pis ideya deyil. Siz test sistemindən xəbərdarsınız – indi o, daha tez və asandır”, - deyə Tramp qeyd edib.
Qeyd edək ki, amerikalı lider indiyədək iki dəfə testdən keçib və cavab mənfi olub.