ABŞ Prezidenti Donald Tramp prezidentliyə ikinci dəfə namizədliyini irəli sürməsi ilə bağlı açıqlama verib.
ONA-nın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, Tramp bununla bağlı tarixi də bəyan edib.
O, Tvitter səhifəsində yazıb ki, ikinci dəfə prezidentliyə namizədliyini iyunun 18-də Florida ştatında irəli sürəcək.
Tramp tərəfdarlarını birinci xanım Melaniya və vitse-prezident Mayk Pensin də iştirak edəcəyi görüşə səsləyib.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2020-ci il noyabrın 3-də keçiriləcək.