ABŞ prezidenti Donald Tramp Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların müddətini daha bir il müddətinə uzadıb.
ONA-nın TASS-a istinadən verdiyi xəbərinə görə, bu barədə Ağ evin məlumatında bildirilib.
Bildirişdə Rusiyanın regiondakı addımlarının ABŞ-ın xarici siyasətinə və milli təhlükəsizliyinə zərər vurduğu qeyd olunub.