ABŞ prezidenti Donald Tramp “Delta Airlines” şirkətinin sabiq meneceri Stiv Diksonu ABŞ Federal Aviasiya İdarəsinin rəhbəri postuna təyin edə bilər.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, Ağ Evin mətbuat xidmətinin açıqlamasında deyilir.
“Prezident Donald Tramp Corciya ştatından olan Stiv Diksona öz administrasiyasında yeni vəzifə vermək istədiyini bildirib”, - sənəddə belə deyilir.
Qeyd edək ki, adıçəkilən vəzifəni 2018-ci ilin yanvarından Daniel Eluell icra edir.