Tramp seçkiləri qazandığını növbəti dəfə bəyan edib
  • DÜNYA

  • 04:30 26 Noyabr 2020

Tramp seçkiləri qazandığını növbəti dəfə bəyan edib

ABŞ Prezidenti Donald Tramp prezident seçkilərində qalib gəldiyini növbəti dəfə bəyan edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Pensilvaniada çıxışı zamanı bildirib.

Tramp seçkilərin saxtalaşdırıldığını deyərək bununla razılaşmayacaqlarını diqqətə çatdırıb: “Bu seçkiləri asanlıqla qazandıq, geniş bir fərqlə qazandıq... Bu seçki saxtalaşdırıldı, bununla razılaşa bilmərik”.

 

Rəşad Sarıyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR