Birləşmiş Ştatlar beynəlxalq antiterror koalisiyasındakı tərəfdaşları ilə birgə Suriyanın və İraqın bütün ərazisini İŞİD terror qruplaşmasından azad edib.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə prezident Donald Tramp Ağ Evdə açıqlamasında bildirib.
Prezident qeyd edib ki, ABŞ İŞİD-ə qarşı ayıq-sayıqlığını qoruyacaq və tərəfdaşları ilə birlikdə terrorizmə qarşı mübarizəsini davam etdirəcək.