ABŞ prezidenti Donald Trampın Türkiyəyə bu ilin iyulunda səfər etməsi gözlənilir.
ONA-nın məlumatına görə, bunu Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak "CNN Türk" telekanalına müsahibəsində bildirib.
Aprelin 15-də Vasinqtonda Türk-Amerika İş Şurası çərçivəsində ABŞ prezidenti ilə görüşdən danışan B. Albayrak qeyd edib ki, D. Tramp həmin görüşdə Türkiyəyə gələcəyini bildirib: "İndi isə səfərin tarixindən danışılır. ABŞ prezidentinin səfərinin iyulda baş tutması ehtimalı yüksəkdir".