• DÜNYA

    06:01 9 aprel 2019

Tripoli ətrafında gedən toqquşmalarda ölənlərin sayı 50-ni keçib

Feldmarşal Xəlifə Həftarın rəhbərliyi altında Liviya milli ordusu ilə Milli Birlik Hökuməti qüvvələri arasında gedən toqquşmalarda ölənlərin sayı 51 nəfərə çatıb.

ONA-nın verdiyi xəbərə görə, bu barədə “Associated Press” məlumat yayıb.

Toqquşmalar nəticəsində təxminən 80 nəfərin yaralandığı deyilir. Məlumatda qeyd olunur ki, ölənlərin arasında hərbi qulluqçularla yanaşı dinc sakinlər də var.

Bundan əvvəl ölkənin Səhiyyə Nazirliyi 32 nəfərin öldüyünü, təxminən 50 nəfərin də yaralandığını bildirmişdi.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR