• DÜNYA

    12:45 23 aprel 2019

Tripolidə gedən döyüşlər zamanı ölənlərin sayı 264-ə çatıb

Liviyada aprelin 4-də general Xəlifə Xaftarın qoşunlarının hücuma başlamasından sonra ötən dövr ərzində paytaxt Tripoli yaxınlığında ölənlərin sayı 264-ə, yaralananların sayı isə 1266-ya çatıb.

ONA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Liviya üzrə şöbəsi "Twitter" səhifəsində yazıb.

Həmçinin Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsi tərəfləri döyüşləri dayandırmağa və beynəlxalq humanitar hüququn normalarına əməl etməyə çağırıb.

Qeyd edək ki, aprelin əvvəlindən 75 yaşlı general Xəlifə Xaftarın komandanı olduğu Liviya Milli Ordusu Tripoliyə hücuma başlayıb. Məqsəd Tripolidə fəaliyyət göstərən və beynəlxalq ictimaiyyət tərəfindən tanınan Faiz Saracın rəhbərlik etdiyi milli razılıq hökumətini devirməkdir. Toqquşmalarla əlaqədar ölkədə fəaliyyət göstərən yeganə Tripoli aeroportu da fəaliyyətini dayandırıb.

Xəlifə Xaftar 1969-cu ildə monarxiyanın devrilməsi nəticəsində hakimiyyətə gəlmiş və 2011-ci ildə öldürülmüş Müəmmər Qəddafinin tərəfdarlarından olub.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR