Tripolinin cənubunda silahlı qarşıdurmalar yenidən başlayıb.
APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, Liviya Milli Ordusunun (LMO) komandiri Xəlifə Haftar atəşkəs imzalamadan Moskvadan ayrılıb.
Şahidlərin dediklərinə istinad edən “Əl-Vasat” informasiya portalının verdiyi məlumata görə , Liviya paytaxtının cənub ətraflarında, Salah əd-Din və Ayn-Zara bölgələrində artilleriya səsləri eşidilir.