Tunis özünün ilk peykini kosmosa göndərməyə hazırlaşır.
ONA TASS-a istinadən xəbər verir ki, Tunisə bunda “Roskosmos” yardım edəcək.
Müvafiq razılaşma bu gün Tunisdə Rəqəmsal tədqiqatlar mərkəzində imzalanıb.
Razılaşmaya əsasən Tunis 2020-ci ildə yer orbitinə “Soyuz 2.1a” raketi ilə “Challenge One” peykini göndərəcək.
“Challenge One”-ın orbitdə gördüyü iş orada 30 peykdən ibarət qruplaşma yaratmağa imkan verəcək.