Tunis prezidenti Beji Kaid əs-Sebsi bu gün hospitalda vəfat edib.
Bu barədə TASS məlumat yayıb.
“Əl Ərəbiyə” telekanalının məlumatına görə, müvəqqəti olaraq prezident vəzifəsini ölkə parlamentinin sədri Məhəmməd ən-Naser icra edəcək.
92 yaşlı Beji Kaid əs-Sebsi 2014-cü ildən Tunisə rəhbərlik edirdi.
Ötən ay onun səhhəti qəflətən pisləşib və hospitala yerləşdirilib.