Bu gün Tunisdə parlament seçkiləri keçirilir.
ONA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, 217 deputat mandatı uğrunda 15,3 min namizəd mübarizə aparır.
Hakim liberal-demokrat düşərgənin prezident seçkilərinin birinci turunda məğlubiyyətə uğraması (prezident seçkilərinin ikinci turu oktyabrın 13-də keçiriləcək) fonunda islamçıların An-Nahda Partiyasının parlament seçkilərində şansı yüksək dəyərləndirilir.
Yerli vaxtla saat 11.00-a olan məlumata görə, seçici fəallığı 6,5 faiz təşkil edib. Aşağı seçici fəallığı oktyabrın 4-dən xaricdə təşkil edilən seçki məntəqələrində səsvermədə də qeydə alınıb. Xaricdəki tunislilərin yalnız 7 faizdən bir qədər çoxu səsvermədə iştirak edib.