Bu gün Tunisdə prezident seçkilərinin ikinci turu keçirilir.
ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, ölkədə səsvermə hüququna malik 7 milyondan çox seçici var.
İkinci turda Konstitusiya hüququ üzrə professor Kais Səid və mediamaqnat Nabil əl-Kauri mübarizə aparır. Seçki məntəqələri yerli vaxtla saat 18.00-da bağlanacaq. Exit-pollun nəticələri də səsvermə başa çatdıqdan sonra dərhal elan ediləcək.
Seçkilərin yekun nəticələri oktyabrın 21-nə qədər açıqlanacaq.
Qeyd edək ki, Tunisdə növbədənkənar prezident seçkilərinin birinci turu sentyabrın 15-də keçirilib. Növbədənkənar prezident seçkilərinin keçirilməsinin səbəbi 92 yaşlı dövlət başçısı Əl-Baci Qaid as-Sebsinin vəfat etməsi olub.