Tunusdə 43 nəfər sərnişinin olduğu avtobus qəza törədib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 19 nəfər yaralanıb, 24 nəfər ölüb.
Tunis Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, ölən və xəsarət alanlar məktəbli və tələbələrdi.
Tunis Prezidenti Keys Said və Baş Nazir Yusif Şahid hadisə yerinə gəlib.
Ölkənin Xalq Deputatları Şurası (Parlament) daxili işlər və səhiyyə nazirliklərinə xilasetmə tədbirlərini nəzarətdə saxlamağı, qəza qurbanlarının ailələrinə maddi və psixoloji yardım göstərilməyi tapşırıb. Səhiyyə Nazirliyi yaralılara görə ölkə üzrə qanvermə aksiyası elan edib.