Tunisin sabiq Prezidenti Əl-Baci Qaida as-Sebsinin həyat yoldaşı Şazliya 83 yaşında vəfat edib.
ONA-nın xəbərinə görə, bu barədə onun oğlu Hafiz Qaid əs-Sebsi “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Şazliya dünən axşam xəstəxanaya yerləşdirilib və bu gün səhər vəfat edib.
Qeyd edək ki, son 5 ildə Tunisə rəhbərlik etmiş Əl-Baci Qaida as-Sebsi iyulun 25-də 93 yaşında vəfat edib.
Bu gün həm də Tunisdə növbədənkənar prezident seçkiləri keçirilir.