Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri Aralıq dənizi səmasında Yunanıstan HHQ-yə aid altı “F-16” qırıcısını bölgədən uzaqlaşdırıb.
APA “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir.
“27 Avqust 2020-ci il tarixində Yunanistana məxsus 6 ədəd “F-16” təyyarəsi Krit adasından havaya qalxaraq, Kipr Respublikası istiqamətində uçub və Türkiyə tərəfindən beynəlxalq “NAVTEX” elan edilən bölgəyə yaxınlaşıb. “F-16” qırıcılarımız onların bu bölgəyə yaxınlaşmalarının qarşısını alıb və bölgəni tərk etməyə məcbur edib”, - açıqlamada belə deyilir.
Müdafiə Nazirliyi əlavə edib ki, Türkiyə Silahlı Qüvvələri “Şərqi Aralıq dənizində ölkənin hüquq və mənafeyini qorumaqda davam edəcək”.