• DÜNYA

    14:55 22 fevral 2019

Türkiyədə 295 hərbçinin həbsinə qərar verilib

İstanbul Baş Prokurorluğu FETÖ terror təşkilatı ilə əlaqədə təqsirləndirilən daha 295 hərbçinin saxlanılması barədə qərar qəbul edib.

ONA “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğunun Terror və Mütəfəkkil Cinayətlərlə Mübarizə Bürosu məlumat yayıb.

Xəbərə əsasən, saxlanılmasına qərar verilənlər arasında 3 polkovnik, 8 mayor və 10 leytenant da var.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR