Türkiyə Silahlı Qüvvələri ölkə tarixində “Mavi Vətən” adlı ən böyük hərbi-dəniz təlimlərinə başlayıb. ONA TASS-a istinadən xəbər verir ki, təlimlər ilk dəfə eyni anda Qara, Egey və Aralıq dənizi hövzəsində keçiriləcək.
Təlimlərdə silahlı qüvvələrə məxsus 103 gəmi iştirak edəcək. Təlimlər martın 8-nə kimi davam edəcək.