• DÜNYA

    18:03 11 mart 2019

Türkiyə Belçikaya nota verib

Türkiyə Belçikaya etiraz notası verib.

ONA-nın Türkiyə bürosunun verdiyi məlumata görə, bu ölkənin Ankaradakı səfiri Maykl Malherbe Xarici İşlər Nazirliyinə çağırılıb və Belçikada PKK-nın fəaliyyətinin qanuni sayılmasını nəzərdə tutan qərarla bağlı etiraz notası ona təqdim edilib.

Qeyd edək ki, ötən həftə Belçika Ali Məhkəməsi PKK-nın terror təşkilatı deyil, silahlı mübarizə aparan təşkilat kimi tanımaqla bağlı qərar qəbul edib.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR