• DÜNYA

    05:07 1 aprel 2019

Türkiyə bələdiyyə seçkiləri: iqtidar ümumi, müxalifət isə böyük şəhərlərdə qələbə qazanıb

Türkiyə bələdiyyə seçkilərində səslərin 99,01% sayılıb və Ədalət və İnkişaf Partiyası (AKP) qalib elan olunub.

ONA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, prezident Rəcəb Tayyib Ərdoğan AKP qərargahının balkonundan öz tərəfdarlarına müraciət edib.

Ərdoğan çıxışında AKP-MHP ittifaqının bələdiyyə seçkilərində qalib gəldiyini bildirib.

Lakin Türkiyə liderinin çıxışında özünütənqid ifadələri də yer alıb. Belə ki, o, seçkilərdə AKP-nin uduzduğu yerlərdə təbliğat işinin düzgün aparalmadığını dilə gətirib.

AKP-nin ən böyük məğlubiyyəti paytaxt Ankarada baş tutub. Burada ilkin nəticələrə görə, qələbəni müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) təmsilçisi Mansur Yavaş qazanıb.

İstanbulda da AKP üzvü, sabiq baş nazir Binəli Yıldrımın qələbəsi sual altındadır. Onunla CHP-çi Əkrəm İmamoğlu arasında səs fərqi 0.5%-ə qədərdir və burada mübarizənin sona qədər davam edəcəyi gözlənilir.

Türkiyənin üçüncü ən böyük şəhəri İzmirdə də qələbəni CHP təmsilçisi Mustafa Tunc Soyer qazanıb.

Seçkinin tam nəticələri bir neçə gündən sonra açıqlanacaq.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR