Türkiyə Rusiya ilə birlikdə C-400 zenit-raket komplekslərini istehsal edəcək.
ONA-nın Anadolu agentliyinə istinadən yaydığı xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bəyan edib.
“Biz C-400-lə bağlı işləri tamamladıq, geriyə yol yoxdur”, - deyə, türk lideri bildirib.
Ərdoğan bildirib ki, Moskva ilə anlaşmaya əsasən Rusiya və Türkiyə C-400 komplekslərini birgə istehsal edəcək və bu son deyil: “Sonra, bəlkə C-500 üzərində də işlədik”.
Qeyd edək ki, dünən ABŞ Dövlət departamenti Rusiya ilə razılaşmadan çıxmadığı təqdirdə Türkiyəyə qarşı sanksiyaların tətbiq olunacağını bildirib.