• DÜNYA

    15:46 29 aprel 2019

Türkiyə İraqda 14 PKK üzvünü zərərsizləşdirib

Türkiyə Hərbi Hava Qüvvələri PKK terrorçularının İraqın şimalında Zap bölgəsində yerləşən obyektlərinə hava zərbələri endirib.

ONA “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Hava zərbələri nəticəsində 14 terrorçu məhv edilib.

Bildirilir ki, aprelin 4-dən bu günə qədər Türkiyədə və İraqın şimalında keçirilən anti-terror əməliyyatlarında 154 PKK üzvü zərərsizləşdirilib.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR