Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Meksikada bu ölkənin xarici işlər naziri Marselo Ebrard Kasaubonla bir neçə mövzuya dair razılığa gəliblər.
ONA-nın Türkiyə bürosunun xəbərinə görə, nazirlər hər iki ölkənin iqtisadi əlaqələrinin möhkəmləndirilməsi, səlahiyyətli dövlət qurumları və iş sektorları, ticarət və investisiya yatırımlarının artırılması barəsində də razılıq əldə ediblər.
Tərəflər Türk Hava Yolları tərəfindən bu ilin avqustuna nəzərdə tutulan təyyarə reysinin fəaliyyətə başlamasının hər iki ölkə arasındakı turizm, ticarət və investisiya sahələrinədəki əhəmiyyətini vurğulayıblar. Görüşdə, həmçinin İqlim dəyişikliyi, miqrantlar, terrorizm və mütəşəkkil cinayətlə mübarizə kimi ciddi qlobal problemlərin həlli istiqamətində qarşılıqlı yardımlaşmayla bağlı fikir birliyi əldə olunub.