• DÜNYA

    14:18 28 aprel 2019

Türkiyə İraqın 3 şəhərində konsulluq açacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqa səfər edəcək.

ONA-nın Türkiyə bürosunun məlumatına görə, bunu İraqda səfərdə olann Türkiyə xarici işlər naziri Mövlud Cavuşoğlu bildirib.

M. Çavuşolğu İraq xarici işlər naziri Məmməd Əli əl-Həkimlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, səfər bu ilin sonlarında baş tutacaq. R. T. Ərdoğan 4-cü İraq-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının İclasına iştirak edəcək.

M. Çavuşoğlu qeyd edib ki, İraq hakimiyyəti Türkiyənin Bəsrə və Mosulda bağlanmış konsulluqlarının açılmasına razılıq verilib. O cümlədən İraq hakimiyyəti Türkiyənin Nəcəfdə konsulluq açmasına dair müraciətinə müsbət yanaşıb.

M. Çavuşoğlu Türkiyənin Kərkükdə də konsulluq açmaq istədiyini və bu yöndə işlərin davam etdirildiyini nəzərə çatdırıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR