Türkiyə iyun ayının ortalarında xarici turistləri qəbul etməyi planlaşdırır. İlk olaraq Çin, Cənubi Koreya və digər Asiya ölkələrindən qonaqların gələcəyi gözlənilir.
APA "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ölkənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy deyib.
“İyun ayının ortalarından etibarən müəyyən ölkələrdən beynəlxalq turizmin bərpa olunacağını düşünürük. Deyəsən, bu, Çin, Cənubi Koreya və bu bölgənin digər ölkələri olacaq. Eyni zamanda, dünyanın bir çox yerinə müntəzəm beynəlxalq uçuşların başlayacağını düşünürəm”, - deyə nazir yerli “NTV” telekanalının efirində bildirib.
O qeyd edib ki, daxili turizm müsəlmanların müqəddəs Ramazan ayı bitdikdən sonra – 28 may tarixindən bərpa edilə bilər.