Türkiyənin Milli İstihbarat Təşkilatı türk əsilli Hollandiya vətəndaşının Utrextdə törətdiyi hücumunu araşdırır.
ONA-nın “Anadolu” agentliyinə istinadən yaydığı xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan bildirib.
Onun sözlərinə görə, Türkiyə kəşfiyyat orqanları hadisənin terror aktı olduğunu yaxud məişət zəminində baş verdiyini araşdırır.