İraqın şimalındakı Haftanin bölgəsində Türkiyə iki şəhid verib.
APA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bölgədə terrorçulara qarşı aparılan əməliyyat zamanı Türkiyə ordusunun bir əsgəri və bir təhlükəsizlik xidmətinin əməkdaşı şəhid olub.
Bu barədə məlumatı Türkiyə Müdafiə Nazirliyi də təsdiqləyib.
Hər iki şəhid doğulduqları Dərəköy və Şırnak bölgələrində dəfn ediləcək.