Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar İraqın Şimalında yerləşən Avaşin-Basyan bölgəsindəki PKK terror təşkilatının düşərgələrinə hava zərbələri endirib.
ONA-nın xəbərinə görə, bu haqda Türkiyənin Müdafiə Nazirliyinin “Twitter” səhifəsində yazılıb.
Dəqiq zərbələr nəticəsində terrorçulara məxsus sığınacaqlar, silah-sursat anbarı və təlim yerləri məhv edilib.
Bundan başqa, Türkiyənin təhlükəsizlik qüvvələrinin ölkənin Şırnak vilayətinin Beytüşşebap rayonunda yerləşən Faraşin ərazisində keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK-ya daha bir ağır zərbə vurulub.
Bildirilir ki, 2-si mağara olmaqla PKK terrorçularının 6 sığınacağı yararsız hala gətirilib.