Türkiyə parlamenti ölkənin hərbi qüvvələrinin Liviyada istifadə edilməsi məsələsinə baxa bilər.
APA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, belə bir açıqlamanı Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın səsləndirib. Türkiyə parlamenti şənbə günü Tripolidə hökumətlə bağlanmış hərbi əməkdaşlıq memorandumunu təsdiqləyib.
“Dünyada baş verən hadisələrdən asılı olaraq Türkiyə Silahlı Qüvvələrinin Liviyada istifadə edilməsi üçün icazə almaq lazım ola bilər. Bu, parlamentin qüvvəsi daxilindədir. Ancaq şəraitə görə belə bir qərar verilə bilər, bu həm hərbi təlim, həm də humanitar missiyalar ola bilər. Lazımi addımları qiymətləndirəcək və atacağıq”, - türkiyəli diplomat belə deyib.
Qeyd edək ki, bir qədər əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, rəsmi Tripoli tərəfindən Ankaraya belə bir müraciət daxil olarsa, Liviyaya türk ordusunun göndərilməsinin mümkünlüyünü açıqlamışdı.