“Zəngəzur koridorunun açılıb-açılmaması bir siyasi məsələdir”.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının toplantısında iştirak etmək üçün Nyu-Yorka səfərdən öncə keçirilən mətbuat konfransında bildirib.
Türkiyə Prezidenti deyib ki, əgər Nikol Paşinyan R. T. Ərdoğanla görüşmək istəyirsə, Ermənistanın müsbət addımlar atması lazımdır: “Gürcüstan baş naziri Ermənistan baş naziri Nikol Paşinyanın görüş keçirilməsi ilə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistanın müsbət addımlar atması lazımdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrərə başlayar”.
R. T. Ərdoğan ümid etdiyini bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərindəki çətinlik Zəngəzur koridorunun açılması ilə aşılmış olar.