• DÜNYA

    01:38 28 oktyabr 2019

Türkiyə prezidenti: "İŞİD liderinin məhv edilməsi terrorçuluqla mübarizədə dönüş nöqtəsidir"

“İŞİD terror qruplaşmasının liderinin məhv edilməsi terrorizmə qarşı müttəfiqlərimizlə birgə apardığımız mübarizədə vacib bir dönüş nöqtəsidir”.

APA “Anadolu”ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın İŞİD lideri Əbubəkr əl-Bağdadinin ölü ələ keçməsinə dair açıqlamasından sonra “Twitter” səhifəsində yazıb.

“İŞİD terror qruplaşmasının liderinin məhv edilməsi terrorizmə qarşı müttəfiqlərimizlə birgə apardığımız mübarizədə vacib bir dönüş nöqtəsidir. Türkiyə bundan öncə olduğu kimi bundan sonra da terrorizmlə mübarizədə öz töhfəsini verməyə davam edəcək. İŞİD, PKK/YPG və digər terror təşkilatları ilə mübarizədə ən çox ziyan görən ölkə olaraq bu nəticəni məmnuniyyətlə qarşılayırıq. Terrora qarşı müttəfiqlik ruhuna uyğun, qətiyyətli bir müqavimət göstəriləcəyi təqdirdə bütün bəşəriyyətin əmin-amanlığa qovuşacağına qəlbdən inanıram”, - deyə Türkiyə prezidenti bildirib.

Qeyd edək ki, bundan bir qədər əvvəl ABŞ prezidenti Donald Tramp əl-Bağdadinin məhv edildiyini təsdiqləyib. Onun sözlərinə görə, şənbə günü amerikalı hərbçilərin keçirdiyi əməliyyat zamanı terrorçu “ölüm kəməri”ni partladıb, buna baxmayaraq, terrorçunun həqiqətən əl-Bağdadi olduğu tez bir zamanda dəqiqləşdirilib. Bununla yanaşı, Tramp İŞİD liderinin məhv edilməsində göstərilən köməyə görə Rusiya, Türkiyə, Suriya və İraqa minnətdarlığını bildirib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR