“Müdafiə sənayesi sahəsində “S-400” Zenit raket kompleksi təkcə Türkiyənin yox, bütün dünyanın gündəmindədir”.
ONA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan qayıdarkən təyyarədə jurnalistlərə deyib. Ərdoğan bildirib ki, getdiyi hər yerdə Rusiyadan alınacaq “S-400” raketləri ilə bağlı sualla qarşılaşır. Prezidentin əlavə edib ki, “Alırsınız ya almırsınız? Nə üçün almırsınız? Almaqdan vaç keçin” kimi suallara verdikləri cavabları belə olur: “Biz bu işi bitirmişik, hər şey tamamdır. “S-400” raket sistemini bu ilin iyulunda təhvil alacağımıza dair xəbərlər doğru deyil. Bu tarix önə çəkilə bilər. ABŞ-dan bu məsələ ilə bağlı davamlı təhrik olur”.
Ərdoğan ABŞ-dan daha əvvəl 3 ədəd “F-35” təyyarəsi aldıqlarını deyərək, əlavə edib ki, 4-cü təyyarə dünən təslim edilib: “Təlimlər davam edir. “F-35”lə bağlı mənfi rəy yoxdur. Təkrar edirəm ki, “S-400”lə bağlı razılaşma əldə edilib, prosesin təhvil-təslim mərhələsindəyik. Elan olunduğu tarixdə təhvil-təslim reallaşacaq”.