"Barış bulağı" əməliyyatı Şimali Suriyada bir terror dəhlizi, hətta bir terror dövləti qurmağı hədəfləyən planı alt-üst edib. Terrorçular niyyətlərindən asanlıqla vaz keçmirlər, zamanla hücumları davam edir. Bu gün bir hərbçi mütəxəssisimiz şəhid oldu. Amma bizi də onların çirkin niyyətinin baş tutmaması üçün var-gücümüzlə çalışırıq".
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın deyib ki, Suriya mövzusunda Türkiyənin qarşıda hələ görəcəyi çox işlər var: "Terrorçuların fəaliyyət əraziləri daraldıqca daha da təşviş keçirirlər. Hər cür şər-böhtana əl atırlar. Dini amillərdən belə çirkin məqsədləri üçün istifadə edirlər".
İbrahim Qalın bildirib ki, 22 oktyabr Soçi razılaşması çərçivəsində Rusiya ilə Türkiyə ekspertlərinin Suriya ərazisindəki terrorçuların çəkilib-çəkilməməsinə dair ortaq analizi sabah reallaşacaq: “Bildiyiniz kimi, Tel-Abyadın şərqində 1 noyabr günü Rusiya ilə birgə ortaq əraziyə baxış əməkdaşlığımız baş tutdu. Bu müddət ərzində hər hansı bir PYD/YPG terrorçularına rast gəlinməyib. 3 nöqtədə tunel çalışması müəyyən edildi və digər texniki üsullarla da bu ortaq dövriyyənın uğurlu bir şəkildə başa çatacağına ümid edirik. Digər ortaq tərəfdaşlarımızla da apardığımız araşdırmalarda terrorçuların tamamən ərazidən təmizlənəcəyini arzu edirik”.
Prezidentin sözçüsü Rəcəb Tayyib Ərdoğanın 13 noyabrda ABŞ-a gedib-getməyəcəyi ilə bağlı məsələyə də mövqe bildirib: “Hörmətli prezidentimizin ABŞ-a dəvətiylə bağlı məsələ hələ dəyərləndirilir. Bu səfərdə məqsədimiz prezidentimizin Vaşinqtona getməsi deyil, tam əksinə, ölkəmizin mənfəətinə uyğun nəticələr əldə etməkdir. Yəni ABŞ-la müdafiə sənayesindən qarşılıqlı ticarət dövriyyəsinədək, terrorla mübarizədən Suriyadakı vəziyyətə qədər müzakirəsi gözlənilən bir çox mövzularımız var. Bunlarla bağlı müsbət nəticələrin əldə edilməsi birinci hədəfimizdir. Bu mövzuların baş tutmasına dair tərəddüdlərimiz doğrulacaqsa, hörmətli prezidentimiz getməyə də bilər".