• DÜNYA

    23:52 20 dekabr 2020

Türkiyə Prezidentinin yaxın qohumu koronavirusdan dünyasını dəyişib

Türkiyə Prezidenti Prezident Rəcəb Tayyib Ərdoğanın Kocaelinin vilayətinin Başiskele mahalında yaşayan qardaşı oğlu Əhməd Ərdoğan koronavirüsdan dünyasını dəyişib.

APA “Hürriyet”ə istinadən xəbər verir ki, Əhməd Ərdoğan koronavirus testinin müsbət nəticələnməsindən sonra bir müddət əvvəl Kocaeli Dövlət Xəstəxanasında müalicə alırdı.

Reanimasiyaya yerləşdirilmiş Ə.Ərdoğan tənəffüs aparatına qoşulmuşdu. Bu gecə göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq, Ə.Ərdoğan orada vəfat edib.

Ə.Ərdoğanın doğma yurdu Rizenin Güneysu mahalında dəfn ediləcəyi bildirilir.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR